» » Britaniya hökumətinə “Brexit”ə başlamaq qadağan edildi

Britaniya hökumətinə “Brexit”ə başlamaq qadağan edildi

Britaniya hökumətinə “Brexit”ə başlamaq qadağan edildi

Böyük Britaniya hökuməti Avropa İttifaqından çıxmaq üçün parlamentə müvafiq səsvermə keçirməlidir. 

Ucarliyiq.biz “Bloomberg”ə istinadən xəbər verir ki, bu qərarı London Yüksək Məhkəməsi qəbul edib. 

Qərara əsasən, hökumət Lissabon müqaviləsinin 50-ci maddəsini müstəqil şəkildə həyata keçirmək hüququna malik deyil və bunun üçün parlamentin qərarı lazımdır.    

Britaniya funt sterlinqinin məzənnəsi məhkəmə qərarından sonra 1,24 dollara qədər artıb, bu isə oktyabrın 10-dan sonra maksimal həddir. 

Baş nazir Tereza Mey parlament səsverməsi keçirmədən 2017-ci il martın sonlarına qədər Lissabon müqaviləsinin 50-ci maddəsi əsasında Aİ-dən çıxmaq proseduruna başlayacağını açıqlamışdı. 

“The Guardian” yazır ki, hökumət London Yüksək Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcək.

Böyük Britaniyanın Aİ-də üzvlüyünə dair referendum iyunda keçirilib, iştirakçıların əksəriyyəti Aİ-dən çıxmağa səs verib. 


ucarliyiq.biz