» » Tramp prezident seçildiyi halda, digər ölkələrdə rejimləri devirməyəcəyini vəd edib

Tramp prezident seçildiyi halda, digər ölkələrdə rejimləri devirməyəcəyini vəd edib

Tramp prezident seçildiyi halda, digər ölkələrdə rejimləri devirməyəcəyini vəd edib

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə, digər ölkələrin işlərinə müdaxilə etməyəcəyini və rejimləri devirməyəcəyini vəd edib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə o, Şimali Karolina ştatında Selma şəhərində çıxış edərkən bildirib. 

Tramp qeyd edib ki, ABŞ yalnız ölkənin milli təhlükəsizliyinə təhdid yarandığı halda, hərbi qüvvələri tətbiq edəcək. 

“Biz qərbi demokratiya quruculuğu cəhdinə, rejimləri devirməyə və müdaxilə haqqımız olmayan vəziyyətlərə müdaxilə etməyə son qoyacağıq”, - o deyib. 

Tramp vurğulayıb: “Biz ölkəmizin güclü olmasını istəyirik, ölkəmizi müdafiə etmək istəyirik”.

O əlavə edib ki, əsas ABŞ-ın təhlükəsizliyinin müdafiəsi və İŞİD ilə mübarizədir. Onun sözlərinə görə, Birləşmiş Ştatların başqa seçimi yoxdur. 


ucarliyiq.biz