» » Almaniya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Almaniya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Almaniya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Berlində ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.

Ucarliyiq.biz bu barədə NEWS.am-a istinadən xəbər verir. 

Həmsöhbətlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılması zəruri olan addımları ətraflı müzakirə ediblər.

Tərəflər beynəlxalq və regional məsələlərə toxunaraq Yaxın Şərqdə, əsasən də Suriyadakı vəziyyəti, mühacirlər axınını və onların inteqrasiya problemini müzakirə ediblər. Tərəflər, həmçinin Ermənistan-Avropa İttifaqı münasibətlərini də müzakirə ediblər. 

Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.

Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində səylərinə Almaniyanın vasitəçiliyini yüksək qiymətləndirib. 

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmaması fikriylə razılaşıb.


ucarliyiq.biz