» » Dağıstanda dörd yaraqlı məhv edildi

Dağıstanda dörd yaraqlı məhv edildi

Dağıstanda dörd yaraqlı məhv edildi

Dağıstanda atışma zamanı hərbçilər dörd yaraqlını zərərsizləşdiriblər. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, onların arasında Xasayurt quldur qruplaşmasının başçısı da olub. 

Məlumata görə, noyabrın 4-nə keçən gecə Xasayurtda hərbçilər yoxlama üçün avtomobili saxlamaq istəyiblər, bu an maşının salonunda olan şəxslər atəş açıblar. Cavab atəşi ilə avtomobildə olan dörd nəfər zərərsizləşdirilib. 


ucarliyiq.biz