» » İraq ordusu Mosulun altı rayonuna nəzarəti ələ aldı

İraq ordusu Mosulun altı rayonuna nəzarəti ələ aldı

İraq ordusu Mosulun altı rayonuna nəzarəti ələ aldı

İraq ordusu Mosulun şərq hissəsində altı rayonu “İslam dövləti” (İŞİD) terror təşkilatının yaraqlılarından azad edib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə şəhərin azad edilməsi üzrə əməliyyatın komandanı, general-leytenant Abduəmir Yaralla bəyan edib. 

“Terror əleyhinə mübarizə dəstəsi bu gün Mosulun şərqində Əl-Malyain, Əs-Səməh, Əl-Hadra, Kirkuli, Əl-Qüds və Əl-Karama rayonlarını azad edib”, - komandanın sözlərindən “Əs-Sumariya” telekanalı sitat gətirib. 

“Terror əleyhinə mübarizə dəstəsi düşmənə ciddi zərbə vuraraq altı rayonun binası üzərində İraq bayrağını qaldırıblar”, - Yaralla bildirib. 

Mosulun İŞİD yaraqlılarından azad edilməsi üzrə yerüstü hərbi əməliyyat oktyabrın 17-də başlayıb. İraqın hökumət qoşunlarından başqa, əməliyyatda kürd qruplaşmaları, eləcə də ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə beynəlxalq koalisiya da iştirak edir. 

[/b]

[b]ucarliyiq.biz