» » Türkiyə Ədliyyə Nazirliyi deputatların saxlanılmasından danışdı

Türkiyə Ədliyyə Nazirliyi deputatların saxlanılmasından danışdı

Türkiyə Ədliyyə Nazirliyi deputatların saxlanılmasından danışdı

Türkiyə parlamentinin kürdyönümlü Xalqların Demokratik Partiyasının (XDP) deputatlarının saxlanılması qanun çərçivəsində həyata keçirilib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Bəkir Bozdağ bildirib. 

“Bu gün XDP-nin 15 deputatının saxlanılmasına dair qərar qəbul edilib. Türkiyədə qanun qarşısında hamı bərabərdir. Adi vətəndaşlara qarşı görülən tədbirlər, deputatlara qarşı da tətbiq edilir. Bunun üçün narahat olmağa dəyməz. May ayında parlamentdə müzakirədən sonra deputatların toxunulmazlığı ləğv edilib”, - Bozdağ Ankarada jurnalistlərə bildirib. 

Daha öncə Türkiyə parlamentinin Xalqların Demokratik Partiyasının 11 deputatı, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Fiqen Yüksəkdağ saxlanılıb. Saxlama əməliyyatı eyni anda Türkiyənin bir neçə şəhərində, əsasən Ankara, Diyarbəkir və ölkənin cənubi-şərqində yerləşən Mardində baş verib. Türkiyə hakimiyyəti deputatların toxunulmazlığı ləğv edildikdən sonra onlardan bəzilərini ifadə vermək üçün məhkəməyə çağırıb. Çağırışlara məhəl qoymadıqları üçün onların bəzilərinin saxlanılması qərarı verilib. 


ucarliyiq.biz