» » Türkiyədə kürdyönümlü partiyanın daha bir deputatı saxlanıldı

Türkiyədə kürdyönümlü partiyanın daha bir deputatı saxlanıldı

Türkiyədə kürdyönümlü partiyanın daha bir deputatı saxlanıldı

Türkiyə parlamentinin kürdyönümlü Xalqların Demokratik Partiyasının deputatı İmam Taşçier saxlanıldığını bəyan edib.

Ucarliyiq.biz bu barədə xəbər verir. 

“Mən Ankarada mehmanxanadayam, məni saxlayıblar”, - Taşçier “Twitter”də bildirib. 

Daha öncə türk parlamentinin Xalqların Demokratik Partiyasının 11 deputatı, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Fiqen Yüksəkdağ saxlanılıb. Saxlama əməliyyatı eyni anda Türkiyənin bir neçə şəhərində, əsasən Ankara, Diyarbəkir və ölkənin cənubi-şərqində Mardində baş verib. Türkiyə hakimiyyəti bunu deputatların toxunulmazlığı ləğv edildikdən sonra onlardan bəziləri ifadə vermək üçün məhkəmyə çağırılıb. Çağırışlara məhəl qoymadıqları üçün onların bəzilərinin saxlanılması qərarı verilib. 

[/b]

[b]ucarliyiq.biz