» » Türkiyədə terror aktı: İki uşaq ölüb, dördü isə yaralanıb

Türkiyədə terror aktı: İki uşaq ölüb, dördü isə yaralanıb

Türkiyədə terror aktı: İki uşaq ölüb, dördü isə yaralanıb

Türkiyənin Şırnak əyalətində törədilmiş partlayış nəticəsində iki uşaq ölüb, dörd uşaq isə yaralanıb.

Bu barədə Ucarliyiq.biz Trend-ə istinadən xəbər verir.

Terror aktının terrorçuların öncədən yola döşədikləri partlayıcının partlaması nəticəsində baş verdiyi bildirilir.

Şırnak valisi hadisə ilə bağlı bildirib ki, əyalətin mərkəzində terror qruplaşması təmsilçilərinin əvvəlcədən yola döşədikləri partlayıcının partlaması nəticəsində yaralanmış 6 uşaq dövlət xəstəxanasına aparılıb. Vali deyib ki, edilən bütün tibbi yardımlara baxmayaraq, iki uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

[/b]
[b]ucarliyiq.biz