» » Hindistanda bəbirin başı qazana sıxışıb qaldı - VİDEO

Hindistanda bəbirin başı qazana sıxışıb qaldı - VİDEO

Hindistanda bəbirin başı qazana sıxışıb qaldı - VİDEO

Bəbiri uyutmalı olublar.

Hindistanın kəndlərinin birində bəbir qazandan su içmək istəyib, amma sonradan sıxışan başını qazandan çıxara bilməyib.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, yırtıcının yardımına yerli sakinlər çatıb.

Amma onun başından qazanı çıxarmağa heç kim risk etməyib, heyvanı zərərsizləşdirməli olublar.

Bəbirə trankvilizator vurublar və bundan sonra başındakı qazanı çıxarıblar. Yerli sakinlər iddia edirlər ki, heyvan dəhşətli istilərdən əziyyət çəkərək susadığı üçün başını qazana salıb.