» » İraqda partlayış nəticəsində 39 nəfər ölüb

İraqda partlayış nəticəsində 39 nəfər ölüb

İraqda partlayış nəticəsində 39 nəfər ölüb

İraqın Tikrit şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 40 yaralı var.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata əsasən, terrorçu-kamikadze bomba yüklü avtomobili səhər saatlarında şəhərin cənub girişində, hərəkətin pik nöqtəsində olduğu vaxt partladıb.

Tikritdə komendant saatı elan edilib, yeni terror aktlarının mümkünlüyü ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

ucarliyiq.biz