» » Rusiyada azərbaycanlı həmvətənlərini aldadıb

Rusiyada azərbaycanlı həmvətənlərini aldadıb

Rusiyada azərbaycanlı həmvətənlərini aldadıb

Tümenin mərkəzi rayon məhkəməsi 55 yaşlı azərbaycanlı Elman Bayramovu fırıldaqçılıqda müqəssir sayıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məhkəmənin qərarına görə, o, iki ilini ciddi rejimli koloniyada keçirməli olacaq. Müttəhim günahını etiraf edib və işin xüsusi qaydada baxılmasını xahiş edib. 

E.Bayramov ali savadlıdır. Sənədlər üzrə o, 2014-cü ildən “Metalloprokat MMK” MMC-nin baş direktorudur. 

Müttəhim tələbə oğlu üçün yataqxanada ev almaq istəyən azərbaycanlı ailənin etibarını qazanaraq aldadıb. Onlardan müvafiq mənzili tapmaq üçün 100 min rubl istəyib.

Ailə mənzil üçün ilkin ödənişi vermək üçün 27,716 min rubl dəyərində zinət əşyalarını lombarda qoymalı olub. Daha sonra cütlük lombardda E.Bayramova 100 min rubl veriblər, sonuncu isə pulu aldıqdan sonra qeyb olub. 

Bir neçə gün sonra cütlük fırıldaqçını tapıb və ondan pullarını güclə geri alıblar.

Fırıldaqçı polisə müraciət edib, qarət olunduğunu bildirib, bu hadisədən bir saat sonra polis patrulu cütlüyü saxlayıb. Vəziyyətə aydınlıq gətirən polislər cütlüyü azad edərək fırıldaqçını saxlayıblar. 

Məhkəmə iddianı təmin edərək Bayramovun fırıldağı nəticəsində zərərçəkənə dəyən 83,5 min rubl həcmində maddi zərəri ödəməsi barədə qərar çıxarıb.  


ucarliyiq.biz