» » Rusiya İŞİD-ə qarşı koalisiyaya qoşulmaqdan imtina etdi

Rusiya İŞİD-ə qarşı koalisiyaya qoşulmaqdan imtina etdi

Rusiya İŞİD-ə qarşı koalisiyaya qoşulmaqdan imtina etdi

“Bu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Rusiya İŞİD-ə qarşı yaradılmış və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya hazırki şərtlərlə qoşulmayacaq.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Rusiya Xarici işlər nazirliyinin rəsmisi İlya Roqaçyov deyib.

“Biz bu barədə dəfələrlə bəyanatlar vermişik: koalisiya beynəlxalq hüququn prinsipləri əsasında fəaliyyət göstərməlidir. Ya ərazisində hərbi əməliyyatlar aparılan dövlətin razılığı, ya da BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmalıdır. Suriya ərazisində isə bu prinsiplərin heç birinə riayət edilmir. Bu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, Rusiya və Vaşinqtonun başçılıq etdiyi koalisiyanın birləşməsi yalnız “nəzəri” ehtimaldır. 

Roqaçyov qeyd edib ki, Rusiya tərəfinin və Qərb alyansının fəaliyyət prinsipləri müxtəlifdir.

“Biz koalisiyanın fəaliyyət göstərdiyi prinsipləri qəbul edə bilmərik”, - XİN rəsmisi qeyd edib.