» » Türkiyə ordusu İŞİD-in 58 obyektini məhv edib

Türkiyə ordusu İŞİD-in 58 obyektini məhv edib

Türkiyə ordusu İŞİD-in 58 obyektini məhv edib

Türkiyə ordusu Suriyanın şimalında “Ərəfat qalxanı” əməliyyatının gedişatında ötən sutka ərzində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 58 obyektinə və Suriya kürdlərinin özünümdafiə qüvvələrinin bir obyektinə zərbə endirib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargahı bazar ertəsi məlumat yayıb. 

“Silahlı Qüvvələrimiz İŞİD-in 58 hədəfini və Kürdistan Fəhlə Partiyasının – Demokratik İttifaqlar Partiyasının bir hədəfini məhv edib. “Azad Suriya ordusu” (ASO – müxalif partiya) Mari şəhərində daha üç yaşayış məntəqəsini nəzarət altına alıb, həmin ərazilər minadan təmizlənir.

ASO-nun Suriyanın şimalında nəzarət etdiyi ümumi ərazi 1390 kvadratkilometrdən ibarətdir. Döyüşlərin gedişatında dörd nəfər ölüb və müxalif dəstələrin iki döyüşçüsü yaralanıb”, - Türkiyə nazirliyinin yaydığı məlumatda bildirilir. 

Türkiyə ordusu avqustun 24-də İŞİD-ə qarşı “Ərəfat qalxanı” əməliyyatını başlayıb. Suriya müxalifətinin iştirakı ilə Suriyanın şimalında Carbalus şəhərini nəzarət altına alıb və cənubi-qərb istiqamətində irəliləməyə davam edir.
 

ucarliyiq.biz