» » Seul: Şimali Koreya ABŞ-da prezident seçkiləri günü təxribata hazırlaşır

Seul: Şimali Koreya ABŞ-da prezident seçkiləri günü təxribata hazırlaşır

Seul: Şimali Koreya ABŞ-da prezident seçkiləri günü təxribata hazırlaşır

Seulda KXDR-nın ABŞ-da prezident seçkiləri günü təxribata hazırlaşdığı bildirilib.

Cənubi Koreya hərbçiləri ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri ərəfəsində Şimali Koreyaya (KXDR) qarşı sayıqlığı artırıblar. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Seulda brifinq zamanı Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib. 

“Biz Şimali Koreya hərbçilərinin nüvə poliqonu ərazisi Punqyo-ridə, eləcə də ballistik raketlərin buraxıldığı yerlərdə bütün addımlarını diqqətlə izləyirik. Koreya Respublikasının silahlı qüvvələri Phenyanın istənilən təxribatına tez və qətiyyətli cavab verməyə hazırdır”, - o vurğulayıb. 

Onun sözlərinə görə, bu, Şimali Koreyanın ABŞ-da prezident seçkiləri gününü yeni raket buraxılışları üçün əlverişli gün hesab edə biləcəyi ilə bağlıdır. 

“Əvvəlcədən planlaşdırılmış, o cümlədən də Cənubi Koreyada THAAD Amerika raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi cədvələ uyğun olaraq davam edəcək”, - jurnalist qeyd edib.


ucarliyiq.biz