» » Mask: Robotlar bəşəriyyəti fəlakətə sürükləyir

Mask: Robotlar bəşəriyyəti fəlakətə sürükləyir

Mask: Robotlar bəşəriyyəti fəlakətə sürükləyir

“Tesla Motors” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask hər bir sahədə robotların tətbiq edilərkən insanların öz mərtəbəsini tutmadıqları halda, bəşəriyyətin fəlakətə sürüklənəcəyini bildirib.   

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Gizmodo” məlumat yayıb. 

“İnsanlar iş yerlərində robotlarla əvəz ediləcəkləri ilə barışmalı olacaqlar. Hamımız süni intellekt ilə simbiozda mövcud olmağı öyrənməli olacağıq”, - Mask əmindir. 

Sahibkarın fikrincə, süni intellekt bütün peşəkarları əvəz edəcək. Mask əmindir ki, yaxın gələcəkdə neyroşəbəkələr, hətta yaradıcı işi belə insanlardan daha yaxşı yerinə yetirəcəklər. 

İş adamı hesab edir ki, bəşəriyyəti xilas etmək üçün baza gəliri tətbiq edilməli – cəmiyyətin hər bir üzvünə iş görülmədən müəyyən pul ödəmək lazımdır. Mask ehtimal edir ki, bu addım yoxsulluğun aradan qaldırılmasına, eləcə də yeni mədəni və iqtisadi bərabərliyi əldə etməyə vasitə olacaq. 


ucarliyiq.biz