» » Ermənistan vətəndaşları Dubayda qətldə ittiham edilirlər

Ermənistan vətəndaşları Dubayda qətldə ittiham edilirlər

Ermənistan vətəndaşları Dubayda qətldə ittiham edilirlər

Prokuror Dubayda Hindistan vətəndaşının qətlində şübhəli bilinən üç Ermənistan vətəndaşı üçün ömürlük həbs cəzası tələb edib. 

Ucarliyiq.biz “news.am”-a istinadən xəbər verir ki, Kentron və Nork-Maraş rayonlarının məhkəmə iclasında prokuror müttəhimləri qarətə görə 15 il müddətinə, qətlə görə isə ömürlük azadlıqdan məhrum etməyi tələb edib. 

İttihama görə, 35 yaşlı Ovanes Melkonyan cinayətkar qrup yaradıb, bu qrupa 24 yaşlı Xosrov Melkonyan və 26 yaşlı Semen Yediqaryan daxil olub. 

2013-cü ilin dekabr ayının 18-də Ovanes Melkonyan Dubaya yola düşüb. Xosrov Melkonyan və Semen Yediqaryanın da səfərinin pulunu o ödəyib. Dubayda Ovanes və Xosrovun “Color Source for Gold and Diamonds Company” şirkətinin nümayəndəsi Hindistan vətəndaşı Solonki ilə görüşüblər. Onlar böyük partiya almaz sifariş ediblər. Amma cinayətkarlar almazları almaq deyil, oğurlamağı planlaşdırırdılar. Təyin edilmiş yerdə onlar Solonkiyə hücum ediblər, onun əllərini bağlayıblar, başına polietilen paket keçirərək boğublar. 

Cinayətkarlar müxtəlif rəngli 6800 karatlıq, 1 milyon 700 min dollarlıq almazlara sahib olublar. 

Cinayətkarlar almazları duru sabun olan qabda keçirməyə cəhd ediblər. Amma onlar gömrük yoxlamasında Yerevanın “Zvartnots” aeroportunda saxlanılıblar. 

BƏƏ-nin hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarların ekstradisiyasını xahiş ediblər, amma Ermənistanın baş prokuroru xahişi təmin etməyib. 


ucarliyiq.biz