» » Tramp bütün amerikalıların prezidenti olacağına söz verib

Tramp bütün amerikalıların prezidenti olacağına söz verib

Tramp bütün amerikalıların prezidenti olacağına söz verib

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bütün amerikalıların prezidenti olacağına söz verib.

Ucarliyiq.biz CNN-ə istinadən xəbər verir ki, Tramp Demokratlar Partiyasının namizədi Hillari Klintonun ona zəng edərək qələbə münasibətilə təbrik etdiyini bildirib.
 
Qələbəsində payı olan hər kəsə minnətdarlığını çatdıran D.Tramp birlikdə çalışaraq ABŞ-ı yenidən quracaqlarını vurğulayıb:

“ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, düşmənçilik, müharibə deyil, dostluq axtaracaq, bizimlə yaxşı münasibətlər qurmaq istəyən ölkələrlə biz də yaxşı münasibətlər quracağıq”.