» » Suriyada ilk Rusiya qırıcısı vuruldu – VİDEO

Suriyada ilk Rusiya qırıcısı vuruldu – VİDEO

Suriyada ilk Rusiya qırıcısı vuruldu – VİDEO

Kremlin reaksiyası.

İnternetdə guya suriyalı qiyamçıların Bəşər Əsəd qüvvələrini dəstəkləyən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurduqlarını əks etdirən görüntülər yayılıb.

ucarliyiq.biz xəbər verir ki, videokadrlarda hansısa zədə aldığı görünməsə də, yüksəkliyi sürətlə itirən təyyarə yer alıb.

Videoya əlavə edilən yazıda Suriya qiyamçılarının təyyarəni Rusiya Hərbi-Hava Qüvvələri tərəfindən bombardmana məruz qalan Hama səmasında vurduqları bildirilir.

Kadr arxasında ərəb nitqi aydın eşidilir, amma videonun doğruluğunu hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Kremldə YouTube-də yerləşdirilmiş, guya suriyalı yaraqlılar tərəfindən vurulmuş Rusiya hərbi təyyarəsini əks etdirən kadrları şərh etmirlər, RİA Novosti xəbər verir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiz, mən YouTube-da peyda olan videoçarxları şərh etmirəm. Burada Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsaslanmağı təklif edirəm”, - Peskov sualı cavablandırarkən bildirib.