» » Skype insanları daha yaxın etdi

Skype insanları daha yaxın etdi

Skype insanları daha yaxın etdi

İndi istifadəçilər Skype-da tərcüməçidən istifadə edə bilərlər.

ucarliyiq.biz gazeta.ru-ya istinadən xəbər verir ki, Microsoft şirkəti Skype destkop versiyasına ani “Skype Translator” tərcüməçisini əlavə edib. The Verge bildirir ki, bundan Windows 7, Windows 8 və Windows 10 istifadəçiləri yararlana biləcəklər.

İndi bu funksiya Skype-da destkop versiyasına quraşdırılacaq və istifadəçilərə dil anlaşılmazlığı maneəsi olmadan ünsiyyət qurmağa imkan verəcək.  

Qeyd edək ki, tərcümə altı müxtəlif dildə: ingilis, fransız, alman, italyan, ispan və çin dilində həyata keçiriləcək. Skype bu dillərin istənilənində söhbət aparmaq imkanı verəcək.

“Dil maneəsini aradan qaldırmaq və insanları bir-birinə yaxın etmək bizim çoxdankı arzumuz idi. Microsoft əməkdaşları bunun üzərində uzun müddət çalışıblar. Biz cari texnologiyanı bütün devayslara tətbiq etməyə çalışırıq”, - Microsoft komandası bəyan edib.

Artıq yaxın günlərdə istifadəçilər audio və videozənglərdə tərcüməçi düyməsini görə və istifadə edə biləcəklər.