» » Yaponiyada Tramp haqqında məlumat toplanır

Yaponiyada Tramp haqqında məlumat toplanır

Yaponiyada Tramp haqqında məlumat toplanır

Yaponiyanın baş naziri Sindzo Abe ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın şəxsiyyəti və siyasəti haqqında məlumatın toplanmasına dair göstəriş verib.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə baş nazirin köməkçisi Katsuyuki Kavaiyə istinadən Kiodo agentliyi məlumat yayıb. 

Trampın qələbəsindən dərhal sonra yaponiyanın baş naziri öz köməkçisini yeni administarsiyası ilə münasibətləri möhkəmləndirmək üçün ABŞ-a ezam edib. Cümə günü Kavai jurnalistlərə bildirib ki, Yaponiya hökumətinin rəhbəri Donald Trampın şəxsiyyəti və siyasəti haqqında məlumatın toplanmasına dair göstəriş verib.  Kavainin ABŞ-a gələn həftənin əvvəlində gedəcəyi gözlənilir. 

Cümə günü Yaponiyanın xarici işlər naziri Fumio Kisida həmçinin bəyan edib ki, noyabrın 17-nə planlaşdırılmış Sindzo Abe və Donald Trampın ABŞ-dakı görüşünə öz müavinlərindən biri Takeo Akibanı göndərəcək. Nazir vurğulayıb ki, bu, Trampın ətrafı ilə artıq yaranan münasibətləri möhkəmləndirməlidir.