» » İŞİD liderlərindən biri Mosul uğrunda döyüşlərdə öldürülüb

İŞİD liderlərindən biri Mosul uğrunda döyüşlərdə öldürülüb

İŞİD liderlərindən biri Mosul uğrunda döyüşlərdə öldürülüb

“İslam dövləti” terror təşkilatının liderlərindən biri İraqın Mosul şəhəri uğrunda gedən döyüşlərdə məhv edilib.

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə məlumatı CNN telekanalı yayıb.

Şeyx Fariz kimi də tanınan Şükri əl-Nuyami Mosulun qərb rayonlarına endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib.

İŞİD qruplaşması onun ölümünü yaydığı videoyazıda təsdiqləyib.

İraq polisi öz növbəsində məlumat verib ki, Mosul şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində aparılan əməliyyatlar çərçivəsində 1,2 mindən çox yaraqlı öldürülüb.