» » Orban mühacirləri ordu ilə müqayisə etdi

Orban mühacirləri ordu ilə müqayisə etdi

Orban mühacirləri ordu ilə müqayisə etdi

Avropaya gələn gənc qaçqınlar və mühacirlər ona əsgərləri xatırladırlar.

Macarıstan Avropa İttifaqının mühacirlərin yerləşdirilməsinə dair kvotalarını məhkəmə qarşısına çıxarmağa hazırlaşır.

ucarliyiq.biz xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Avropaya gələn gənc qaçqınlar və mühacirlər ona əsgərləri xatırladırlar, Associated Press bildirib.

“Onlar sığınacaq axtaran insanlardan çox orduya bənzəyirlər”, - o deyib.

O həmçinin qeyd edib ki, Avropanın mühacirlər probleminin müstəqil həlli zamanı son yüzillər ərzində inkişaf etdirdiyimiz həyat üslubunu, dəyər və qüvvəsini məhv edəcək. 

Orban ABŞ, İsrail, Avstraliya və zəngin ərəb ölkələri kimi dövlətlərin mühacirlərin Avropa ölkələri arasında yerləşdirilməsinə ümid etmələrinin ədalətsiz olduğunu deyib.

Daha öncə Macarıstanın Aİ-nın mühacirlərin yerləşdirilməsinə dair kvotaları məhkəmə qarşısına çıxarmağa hazırlaşdığı xəbəri verilmişdi.