» » Facebook səhvən istifadəçilərinin ölümü barədə məlumat yaydı

Facebook səhvən istifadəçilərinin ölümü barədə məlumat yaydı

Facebook səhvən istifadəçilərinin ölümü barədə məlumat yaydı

Facebook sosial şəbəkəsi səhvən istifadəçilərinin səhifələrində memorial bannerlər paylaşaraq onların öldüyünü bildirib.

Ucarliyiq.biz RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gizmodo informasiya portalı məlumat yayıb. 

Saytın məlumatına görə, belə xəbər Facebookun yaradıcısı Mark Zükerberqin səhifəsində də peyda olub. 

Məlumatda “Markı sevənlərin onu xatırlayaraq və həyatından danışaraq rahatlıq tapacaqlarına ümid edirik” yazılırdı. 

Onlarla şəbəkə istifadəçisi “əbədiləşdirilmiş” səhifələrinin skrinşotlarını paylaşıblar. 

“Facebook” nümayəndələri yaranan vəziyyətə görə üzr istəyərək, səhvi artıq düzəltdiklərini bildiriblər. Sosial şəbəkədə bu vəziyyət aradan qaldırılsa da şəbəkə nümayəndələri, neçə nəfərin səhifəsində bu qəbildən məlumatın yayıldığını dəqiqləşdirməyiblər. 

Facebook səhvən istifadəçilərinin ölümü barədə məlumat yaydı