» » Seulda XXI əsrin ən iri miqyaslı aksiyasına hazırlaşırlar

Seulda XXI əsrin ən iri miqyaslı aksiyasına hazırlaşırlar

Seulda XXI əsrin ən iri miqyaslı aksiyasına hazırlaşırlar

On minlərlə insan Cənubi Koreyanın paytaxtı Seulda toplaşaraq, hakimiyyətə qarşı ən iri miqyaslı etiraz aksiyasına hazırlaşırlar. 1,5 mindən çox ictimai təşkilatın nümayəndələri yaxın rəfiqəsi Tsoy Sun Sililn iştirakı ilə yaranan qalmaqalın fonunda prezident Pak Kın Xenin istefasını tələb edir. 

Ucarliyiq.biz xəbər verir ki, Renxap agentliyinin məlumatında təşkilatçıların proqnozlarına görə, etiraz aksiyasında 1 milyondan çox adamın iştirak edəcəyi bildirilib. Belə olan halda bu aksiya XXI əsrin əvvəlindən indiyə qədər ən iri miqyaslı etiraz aksiyası olacaq. 

Seul küçələrində əsayişin qorunması üçün polis 25 minə qədər əməkdaşını səfərbər etmək niyyətindədir. 

Seulda XXI əsrin ən iri miqyaslı aksiyasına hazırlaşırlar

Pak Kın Xenin reytinqi 5% azalıb, onun siyasətini isə əhalinin 90%-i dəstəkləmir. Onun istefasına dair tələblər səslənir, amma hakimiyyət KXDR ilə münasibətlərdə hərbi və siyasi gərginliyi nəzərə alaraq bunun indi vaxtı olmadığını təkid edir. 

Seulda XXI əsrin ən iri miqyaslı aksiyasına hazırlaşırlar

 
Cənubi Koreya prezidenti Pak Kın Xenin ətrafında qalmaqal, onun ictimaiyyət qarşısında səslənməmiş çıxışlarının mətnlərinin Tsoy Sun Silin “əlinə keçdiyi üçün” kütləvi şəkildə üzr istəməsindən sonra yaranıb. Bundan başqa Tsoy Sun Silin biznes-korporasiyalardan yığılan 70 milyon dolların əmlak almaq və qızının Cənubi Koreyanın nüfuzlu ali məktəblərindən birində təhsili üçün ödəniş məqsədi ilə mənimsədiyi də istisna edilmir. 

Tsoy Sun Sil Cənubi Koreya hökumətində heç bir rəsmi post tutmur. Onu Pak Kın Xenin müəllimi Tsoy Txe Minanın qızı, prezidentin sabiq mətbuat katibi Son Yoe Xvenin arvadı adlandırırlar. Cənubi Koreyaya qayıtdıqdan sonra Tsoy Sun Sil həbs edilib.