» » Dünyanın ən varlı ailələri - SİYAHI

Dünyanın ən varlı ailələri - SİYAHI

Dünyanın ən varlı ailələri - SİYAHI

Bəzi sülalələr öz qüdrətini qan bağlılığına görə qoruyub saxla biliblər.

Ucarliyiq.biz Publika.az-a istinadən, dünya siyasətinə və iqtisadiyyatına təsir edən ən nüfuzlu ailələrindən danışacaq.

Rokfellər

Dünyanın ən varlı ailələri - SİYAHI

Rokfellerlər soy adı çoxdan zənginlik sözünün sinoniminə çevrilib. Sülaləni insan tarixində ilk amerika dollar milyarderi olan Con Rokfeller məşhurlaşdırıb. XIX əsrin axırında Standart Oil neft şirkəti təsis etmiş, XX əsrdə isə Rokfellerlər dünyanın maşınqayırma, qida, sənaye, sığorta və maliyyə sahələrinin böyük hissəsinə yiyələnib. Con Rokfellerin ölümündən sonra bütün işlər onun yeganə oğlu kiçik Con Rokfellerə keçir. Daha sonra isə ailə biznesi 5 nəvəsi arasında bölüşdürülür. Onlardan ən məşhuru vitse prezident vəzifəsində çalışan amerika siyasətçisi Nelson Rokfellerdir.

XXI əsrin əvvəllərində Rokfeller ailəsinin üzvü 200 nəfərə çatırdı. Onlardan çoxu biznes və siyasətlə məşğuldur. Ailənin hal-hazırdakı imkanı 10 milyard dollar təşkil edir. Onlar dünyanın ən varlı ailələri siyahısında heç vaxt 20-dən aşağı düşməyiblər. Rokfellerlər indiyə kimi nəinki dünya iqtisadiyyatına, həm də siyasətinə təsir etməkdə davam edir.

Rotşild

Dünyanın ən varlı ailələri - SİYAHI

Rotşild sülaləsi XVIII əsrin sonlarına dayanır. XIX yüz illiyin əvvəlində avstraliya kralı onları baron tituli ilə təltif edir. Bundan sonra ailə Avstraliyanın ali zadəganlıq pilləsinə yüksəlir. Artıq o zaman Rotşild dünyanın ən varlı ailəsi hesab olunurdu. Hər şey Mayer Amşelya adlı balaca oğlandan başladı. O, əvvəlcə köhnə qəpiklər satan əntiq dükanı açır. Daha sonra isə bank biznesini qura bilir və özünün imperiyasını yaratmağı bacarır. Onun işlərini dünyanın iqtisadi ölkələrində bankalarını idarə edən 5 oğlu davam etdirir. XX əsrdə Rotşildlər ABŞ-ın Federal ehtiyat hisslərinin sisteminin yaranmasında böyük təsirlər olmuş, hətta bir müddət dollarların hansı miqdarda buraxılmasını idarə etmişlər. Əsrlərlə Rokfellerlər və Rotşildlər hakimiyyət də olan gücləri bölüşdürüblər. 2012-ci ildə isə onlar bizneslərinin müəyyən hissəsini birləşdirdiklərini açıqladılar.

Rokfellerlər kimi ən nüfuzlu 10 ailə siyahısında yer tutmasalar da, dünyaya olan təsirləri yetərincədir. Ailə dünyanın mərkəzi banklarını idarə etməklə yanaşı, həm də dünyanın 40 ölkəsində biznesləri var. Rotşildlər xeyriyyə cəmiyyətlərinə küllü miqdarda yardım edir, anonim olaraq muzeylərə əntiq əşyaların satışını təşkil edir və dövlət adamlarına evlər bağışlayır.

Vindzorlar

Dünyanın ən varlı ailələri - SİYAHI

Vindzorlar sülaləsi Böyük Britaniyanı XX əsrin əvvəllərindən idarə edirlər, ailənin başqa üzvləri isə başqa ölkələrdə taxta daha tez çıxıb. Məsələn, Saksen-Koburq-Qotsk (ikinci dünya müharibəsinə kimi sülalə belə adlanırdı) sülaləsini Belqiyada hakimiyyəti 1831-ci ildən idarə edirlər. Əgər genealogiyaya baxsaq o zaman sülalənin Elizabet II də bitməsi lazım idi. Onun törəmələri isə Prins Filipə aid olmalı idi. Ancaq 1952-ci ildə kraliça bütün törəmələrinin də Vindzorlar sülaləsinə aid olmasına dair bəyannamə imzalayır.

Baxmayaraq ki, Böyük Britaniyada siyasi idarə etmənin bir hissəsi parlamentin əlindədir, padşah hələ də ölkənin rəhbəridir. Bundan başqa kraliça ailəsinə olan güvəni illərdi qoruyub saxlaya bilib. Belə ki, bu ilin aprelində britaniyalıların kraliçaya olan güvəni 74% təşkil edib.

Oppenqeymerlər

Dünyanın ən varlı ailələri - SİYAHI

Oppenqeymerlər dünyanın almaz payının böyük hissəsinə yiyələndiyi üçün ən nüfuzlu ailələrindən sayılır. Həmçinin ailəsinə başqa sahələrin nəhəng şirkətləri var. Sülalənin uğuru Ernest Oppenqeymerin almaz çıxardan De Beers şirkətini idarə etməsindən və qızıl çıxartması üçün təsis etdiyi Anglo American şirkətindən başladı. 1930-cu ildə dünya iqtisadi böhranı zaman Oppenqeymer almaz bazarını almağa başlayır və 1950-ci ildə mətbuatda “Sindikat” kimi adlanan Central Selling şirkətini yaradır. Oppenqeymerin idarəçiliyi altında işləyən təşkilat XX əsrdən almaz bazarının 90% idarə edirdi. Əldə olunan almazlar Londona ixrac olunaraq, orada emal olunub, kiçik partiyalarla ticarətçilərə göndərilirdi.

Ernestin ölümündən sonra ailə biznesini oğlu Harri Frederik idarə etməyə başlayır. 30 il De Beers şirkətinin rəhbəri olur, uzun zaman Anglo American şirkətini idarə edir. 2011-ci ildə Anglo American De Beers şirkətinin böyük hissəsini alır, beləliklə Oppenqeymeri sahib olduğu böyük kapitalı saxlayaraq almaz işindən çıxır.

Morqanlar

Dünyanın ən varlı ailələri - SİYAHI

Morqanlar sülaləsi Amerikanın mötəbər ailələrindən biridir. Ailə XIX əsrin sonu XX əvvəli bank sahəsində əldə etdikləri uğura görə tanınmağa başlayıb. Con Pirpont Morqan ABŞ da ilk maliyyə imperiyasını yaratmağa müvəffəq olub. General Electrik, American Telephone və Western Union kimi şirkətlərin yaranmasında da əli olub. Morqan və oğlu kiçik Con Pirpont ən ürəyi açıq xeyriyyəçi kimi tanınırlar.

Onlar incəsənətin və elmin inkişafı üçün çox böyük pullar xərcləyib. Con Pirpont Metropoloten muzeyin maliyyələşdirib və Nikola Teslaya Nyü-Yorku işıqlandırması üçün maliyə ayırıb. Morqan sülaləsinin ailə üzvləri Con Pirpontinin yaratdığı şirkətlərdə çalışır.

Uoltonlar

Dünyanın ən varlı ailələri - SİYAHI

Wal-Mart və Sam's Club pərakəndə zəncirini yaradan Sem Uolton sahəsində Uolton sülaləsi məşhurlaşıb. XIX əsrdə Sem Uolton Amerikanın ən varlı adamı seçilib, bugünkü gündə isə ailənin imkanı 150 milyard dollar təşkil edir. Sem 7 yaşından atasının biznesində ona kömək edir, artıq bir neçə il sonra satmaq üçün quş və dovşan yetişdirirdi. İlk milyardını 44 yaşında qazanıb.

Sem Uoltonun ölümündən sonra onun varı-dövləti həyat yoldaşı və 4 övladına keçir. Wal-Mart-ın bütün hissəsinə sahib olmasalar da, ailə biznesin inkişafı üçün qərar verə bilmə hüququnu qoruyub saxlayıb.

Rupertlər

Dünyanın ən varlı ailələri - SİYAHI

Dunhill, Montblanc, Cartier və Richmont kimi şirkətlərin sahibi Rupert ailəsi ən nüfuzlu ailə adlandırılmağa layiqdir. Həmçinin Rupertlər Rotşild sülaləsi ilə birlikdə ortaq çaxır biznesinə sahibdir. Ailən Entoni Rupertin Voorbrand tütün şirkətini təsis etdikdən sonra məşhurlaşıb. Daha sonra şirkət Rembrandt Ltd adlanaraq öz fəaliyyət sahəsini genişləndirir. Şirkət zinət əşyaları, geyim və çantaların istehsalına başlayır.

Richemont şirkətinin baş direktor vəzifəsini oğlu Rupert Yoxan yerinə yetirir. Həmçini ailəyə Medi-Clinic Corporation xəstaxanalarıda aiddir.