» » Aİ XİN rəhbərləri Azərbaycan və Ermənistanla tərəfdaşlıq üzrə yeni sazişləri müzakirə edəcəklər

Aİ XİN rəhbərləri Azərbaycan və Ermənistanla tərəfdaşlıq üzrə yeni sazişləri müzakirə edəcəklər

Aİ XİN rəhbərləri Azərbaycan və Ermənistanla tərəfdaşlıq üzrə yeni sazişləri müzakirə edəcəklər

Aİ XİN rəhbərləri Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək iclasında Suriya münaqişəsinin gedişatını, Türkiyə ilə münasibətləri və “Şərq tərəfdaşlığı” proqramını müzakirə edəcəklər.

Ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir. 

Bu günün ikinci yarısında keçiriləcək Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin birgə görüşündə  Avropa İttifaqının müdafiəsinin gücləndirilməsi planı müzakirə ediləcək.

Bazar günü axşam Aİ XİN rəhbərləri Brüsseldə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin təşəbbüsü ilə işgüzar şam yeməyi formatında görüş keçiriblər, görüşdə ABŞ-da prezident seçkiləri və Trampın qələbəsinin Aİ ilə ABŞ arasındakı münasibətlərə necə təsir edəcəyi müzakirə edilib. 

“Şərq tərəfdaşlığı”na dair müzakirələr çərçivəsində nazirlər, əsasən Rusiyameyilli İqor Dodonun qələbəsi ilə yekunlaşan Moldovadakı prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək.

Həmçinin daha əvvəl Aİ ilə assosiasiya razılığı imzalamaqdan imtina etmiş Azərbaycan və Ermənistanla əməkdaşlıq üzrə yeni sazişlərin hazırlanmasını, eləcə də Ukraynadakı vəziyyət, onun assosiasiyası barədə olan və Hollandiyanın qarşı çıxdığı sazişin ratifikasiyası problemi müzakirə ediləcəklər. 

Avropanın XİN başçıları, həmçinin Türkiyədəki vəziyyətə toxunacaq. Belə ki, Ankara miqrasiyanın məhdudlaşdırılması haqqında razılaşma çərçivəsində viza rejiminin ləğv edilməsini tələb edərkən Brüssel Türkiyə hökumətinə yönələn tənqidləri əhəmiyyətli dərəcədə artırıb. Aİ-ni xüsusən bu ölkədə ölüm hökmünün mümkün bərpası üzrə müzakirələrin aparılması narahat edir. Viza məsələsi isə heç qaldırılmayacaq; Avropa Komissiyasının son hesabatına görə, Türkiyə bunun üçün bütün meyarları yerinə yetirməyib, deməli, bu məsələ Aİ Şurasında müzakirəyə çıxarıla bilməz.