» » Britaniya və Fransa Trampa dair görüşün keçirilməsinə mane oldu

Britaniya və Fransa Trampa dair görüşün keçirilməsinə mane oldu

Britaniya və Fransa Trampa dair görüşün keçirilməsinə mane oldu

Britaniya və Fransa Avropa İtiffaqı üzvlərinin Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbəsinə blokun yanaşma məsələsinin müzakirə ediləcəyi iclasın keçirilməsinə mane olub.

Oxu.az xəbər verir ki bu barədə Financial Times məlumat yayıb. 

Blokun üzv ölkələrinin diplomatları bu görüşü Aİ-nin Trampdan nə gözlədiyinə dair siqnalın ötürülməsi üçün təşkil etmək istəyirdilər. Amma Britaniya və Fransa nümayəndələri görüşün keçirilməsinə mane olub, bu isə blok üzvlərinin vahid fikrə gəlmədiklərini göstərir. 

Bu “parçalanma” blokun Trampın qələbəsinə olan reakasiyanın koordinasiyasında çətinlikləri nümayiş etdirir, bu isə öz növbəsində ABŞ-ın NATO qarşısında öhdəliklərini şübhə altında qoyur. Almaniya məsələn, Aİ-nin xarici siyasət sahəsində suallara tez bir zamanda cavab verə bildiyini göstərmək istəyirdi.

Qeyd edilir ki, Avropa İttifaqı Trampın ilk mühüm təyinatları fonunda görüş keçirməyə hazırlaşır. Yeni seçilmiş prezident Ağ evin apparatının rəhbəri vəzifəsinə Respublika partiyasının milli komitəsinin hazırki sədri Rayans Pribusu təyin edib.