» » Rusiyada yanğında ana və beş uşağı ölüb

Rusiyada yanğında ana və beş uşağı ölüb

Rusiyada yanğında ana və beş uşağı ölüb

Rusiyanın Tver vilayətinin Spirevsk rayonunun Penkovo kəndində yanğında bir qadın və beş uşaq olmaqla, altı nəfər ölüb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə region üzrə FHN-nin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb. 

Hadisə barədə məlumat növbətçi hissəyə yerli vaxtla saat 02:59-da (Bakı vaxtı ilə saat 03:59) daxil olub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 14 texnika cəlb olunub. 

Yanğın səhərə yaxın söndürülüb. Nazirlikdən ana və beş uşağın öldüyü barədə məlumat dəqiqləşdirilib. 

Yanğın nəticəsində bir kişi xəsarət alıb. O, orta dərəcəli yanıq xəsarətləri ilə şok vəziyyətində xəstəxanaya çatdırılıb.