» » ABŞ Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edilir

ABŞ Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edilir

ABŞ Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edilir

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Amerika qoşunlarının və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əfqanıstanda hərbi cinayətlər törətdiyini bəyan edib. 

Ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ibtidai istintaqın nəticələrinə dair BCM-in prokuroru Fatu Bensuda bəyan edib.

“Əldə olan məlumat ABŞ-ın və MKİ-nin əməkdaşları saxlanılan şəxsləri dindirərkən hərbi cinayətlərin araşdırılması üzrə komissiya tərəfindən işgəncə kimi qiymətləndirilən vasitələrdən istifadə etdiklərinə “inanmağa əsas verir” – Bensuda bildirib. 

O həmçinin qeyd edib ki, amerikalılar lazımi informasiyanı almaq üçün zor və qəddarlıq tətbiq ediblər. 

Onun sözlərinə görə, amerikalıların törətdikləri hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə təsadüf edir.