» » Amerikalı “Facebook”da baxışa görə meşəni yandırdı – VİDEO

Amerikalı “Facebook”da baxışa görə meşəni yandırdı – VİDEO

Amerikalı “Facebook”da baxışa görə meşəni yandırdı – VİDEO

Amerikalı Johnny Mullins bəlkə də ətraf mühit qoruyucularının qəzəbinə tuş gələcək. Belə ki, həvəskar meteoroloq olan Johnny Mullins “Facebook”da çoxlu izlənmə sayı yığmaq üçün Kentukki ştatının meşələrindən birində ağacları yandırıb.

Ucarliyiq.biz Technote.az saytına istinadən xəbər verir ki, o, videonu öz “Facebook” səhifəsində paylaşıb.

Öz hərəkəti ilə Mullins canlı yayımına daha çox adamı cəlb edərək məşhur meteoroloq olmaq niyyətini güdürmüş. Məlumata əsasən, öz günahını etiraf edəndən sonra Mullins polislər tərəfindən həbs olunub (ABŞ qanunvericiliyinə əsasən, bu cür cinayət 25 il azadlıqdan məhrum edilmə ilə cəzalandırılır).

“Bu həqiqətən də iyrənc bir hərəkətdir. Çünki əslində o, yaxşı oğlandır. Lakin o yanılır və digərlərini necə böyük təhlükəyə atdığını başa düşmür”, – polis rəisi James Stephens bildirib.