» » Türkiyədə atışma zamanı azərbaycanlı yaralanıb

Türkiyədə atışma zamanı azərbaycanlı yaralanıb

Türkiyədə atışma zamanı azərbaycanlı yaralanıb

O Avropaya qanunsuz yolla mühacir aparırdı.

Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonunda Avropaya qanunsuz yolla mühacir aparanlar arasında baş verən silahlı qarşıdurmada bir nəfər ölüb, biri azərbaycanlı olmaqla, 3 nəfər yaralanıb.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, hadisə rayonun Behramkale kəndində baş verib. Hadisə yerinə gedən polis ölənin Türkiyə vətəndaşı olduğunu, yaralananların birinin Əfqanıstan, birinin Myanmar, digərinin isə Azərbaycan vətəndaşı olduğunu bildirib.

Onlar xəstəxanaya yerləşdirilib.

Silahlı qarşıdurma törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Məlumata görə, onlar Əfqanıstan vətəndaşıdır. Polis şübhəlilərin üzərindən iki tapança aşkar edərək götürüb.