» » Türk ordusu Suriyanın şimalında yaraqlıların mövqelərini atəşə tutub

Türk ordusu Suriyanın şimalında yaraqlıların mövqelərini atəşə tutub

Türk ordusu Suriyanın şimalında yaraqlıların mövqelərini atəşə tutub

Türk ordusunun dəstələri çərşənbə günü Suriyanın şimalında Əl-Bab şəhərində yaraqlıların mövqeyini atəşə tutub. 

Ucarliyiq.biz RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Livanın “Əl-Manar” telekanalı məlumat yayıb.  

Onun məlumatına görə, atəş artilleriya və raket qurğularının tətbiqi ilə həyata keçirilib. 

Türkiyə ordusu avqustun 24-də “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı “Ərəfat qalxanı” əməliyyatına başlayıb. Suriya müxalifətinin dəstəyi ilə Suriyanın şimalında Carablus şəhərinə nəzarəti ələ keçirdi, hazırda cənubi-qərb istiqamətində irəliləməyə davam edir.