» » İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib

İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib

İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib

İsrail altı ildən sonra Türkiyəyə yeni səfir təyin edib. Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq. 

Ucarliyiq.biz-ın xəbərinə görə, bunu “Anadolu”ya İsrail XİN nümayəndəsi Emmanuel Nahson bildirib. 

Xatırladaq ki, Ankara və Təl-Əviv arasında 2016-cı ilin iyulunda ikitərəfli münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb.

Qeyd edək ki, 2010-cu ildə Qəzza zolağına humanitar yük aparan “Mavi Mərmərə” gəmisində baş vermiş silahlı insidentdən sonra iki ölkə arasındakı münasibətlərdə böhran yaranmışdı.