» » Dünyanın sonu olacaq gün açıqlandı

Dünyanın sonu olacaq gün açıqlandı

Dünyanın sonu olacaq gün açıqlandı

Britaniyalı alim Stiven Hokinq yaxın min il ərzində dünyanın sonu gələcəyini proqnozlaşdırıb. Müvafiq bəyanatı o, Oksfordun tələbə diskusiya cəmiyyətində çıxışı zamanı edib. 

Ucarliyiq.biz xəbər verir ki, onun sözlərini “The Daily Mail” sitat gətirib. 

Məşhur fizika alimi əmindir ki, Yer planetində həyata nüvə müharibəsi, süni intellekt və genetik konstruksiya edilmiş virus son qoyacaq. Hokinq insanları planetdən qaçmağa çağırıb və uzaq kosmik uçuşlar üçün çağdaş texnologiyanın yaradılmasını vurğulayıb. 

Bundan başqa, tədqiqatçı qey edib ki, ötən 50 il ərzində elm irəliləyib, bəşəriyyət Kainatı anlamaq səviyyəsinə çatıb. Hokinq özü bir sıra nəzəriyyələrin yaradılmasına aidiyyəti olduğu üçün sevindiyini bildirib. Nəhayət, alim ümid edib ki, artıq yaxın gələcəkdə tədqiqatçılar qravitasiya dalğalarını “Böyük partalyış”ı izləmək üçün istifadə edə biləcəklər.  

Çıxışının sonunda Hokinq dinləyiciləri başını aşağı salıb ayaqlarına deyil, başını qaldırıb ulduzlara baxmağa çağırıb.