» » BBC Şimali Koreyada yayıma başlayır

BBC Şimali Koreyada yayıma başlayır

BBC Şimali Koreyada yayıma başlayır

BBC (World Service) teleradio korparasiyası Şimali Koreya ərazisində proqramlarının yayımına başlayacaq. 

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, 2017-ci ilin yazından hər səhər və axşam saatlarında Şimali Koreya sakinləri 20 dəqiqəlik xəbər buraxılışını radioda dinləyə bilərlər. 

Həmçinin müxtəlif proqramların mətnlərinin, videoyazılarının əldə etməyin mümkün olduğu internet-versiyası meydana gəlib. 

Yeni proqram koreya dili də daxil olmaqla 11 dildə yayımlanacaq. Mövcud dil xidmətlərinə: axmarski, qucarati, iqbo, koreya, maratxi, oromo, picin, pəncab, teluqu, tiqrinya və yoruba dilləri əlavə ediləcək. 

Bu isə o deməkdir ki, ümumilikdə, BBC ingilis dili də daxil olmaqla, 40 dildə yayımlanacaq. Böyük Britaniya hökuməti bu layihəyə 289 milyon funt sterlinq ayrılacaq.  

Məlumata görə, BBC-nin baş direktoru 2022-ci il üçün korporasiyanın yüz illiyinə dünyada olan auditoriyasının sayının 500 milyona çatdırılmasını qarşısına məqsəd qoyub.