» » ABŞ-da pitseriyada müştəri oğrunu güllələdi

ABŞ-da pitseriyada müştəri oğrunu güllələdi

ABŞ-da pitseriyada müştəri oğrunu güllələdi

Amerikanın Pensilvaniya ştatının Levittaun şəhərində silahlı müştəri pitseriyanı qarət etmək istəyən oğrulardan birini öldürüb, digərini isə yaralayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı polisə istinadən məlumat yayıb. 

Məlumata görə, iki silahlı şəxs “Porfirio's” pitseriyasına daxil olublar, həmin an pitseriyada iki əməkdaş və bir müştəri olub. Oğruların müştərini tapança ilə hədələdikləri və bundan sonra müştərinin onlara atəş açdığı ehtimal edilir. Müştəri cinayətkarlardan birini öldürüb, digərini isə yaralayıb. 

Telekanalın rəsmi şəxslərə istinadən verdiyi məlumata görə, müştərinin atəş açdığı tapança qeydiyyatdan keçirilmişdir, amma onun silah gəzdirməyə icazəsinin olub-olmadığı məlum deyil.