» » Parisdə “normand dördlüyü” liderlərinin görüşü başa çatıb

Parisdə “normand dördlüyü” liderlərinin görüşü başa çatıb

Parisdə “normand dördlüyü” liderlərinin görüşü başa çatıb

Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Parisdə “normand dördlüyü” liderlərinin görüşü başa çatıb.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, ümumilikdə danışıqlar 5 saata yaxın davam edib.
 
Əvvəl Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında “bağlı qapılar” arxasında görüş keçirilib. Sonra danışıqlara nümayəndə heyətlərinin digər üzvləri  qoşulub.
 
Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək. Ukrayna prezidentinin mətbuat katibi bildirib ki, jurnalistlərin suallarını A.Merkel və F.Olland cavablandıracaqlar.