» » Ortodoks yəhudilər azana qadağanı blok etdilər

Ortodoks yəhudilər azana qadağanı blok etdilər

Ortodoks yəhudilər azana qadağanı blok etdilər

İsrailin baş naziri tərəfindən dəstəklənən müsəlmanların namaza çağırışı səsinin məhdudiyyətinə dair qanun layihəsi gözlənilmədən Ultraortodoks yəhudilər partiyası tərəfindən blok edilib. 

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, qanun layihəsinin parlamentdə birinci oxunuşu bu həftə baş tutmalı idi, amma İsrailin səhiyyə naziri, “Yaxadut xa-Tora” (Tövratın vahid iudaizmi) ultraortodoksal blokun üzvü Yaakov Litsman qanun layihəsinin əksinə çıxış edib. 

Nazirin fikrincə, müsəlmanların namaza çağırışı səsinə məhdudiyyətin qoyulması yəhudilər üçün də analoji məhdudiyyətlərin qoyulmasına gətirib çıxaracaq. 

“Min illər boyu yəhudi milləti tərəfindən müxtəlif alətlər, o cümlədən də şoyferlərdən (buğa buynuzundan hazırlanan ayin aləti) istifadə edilir”, - nazir deyib və əlavə edib ki, yəhudilər həmçinin səsucaldıcılardan da istifadə edirlər. 

Daha öncə ölkənin baş naziri Binyamin Netanyahu Avropa təcrübəsinə istinad edərək qanun layihəsini dəstəkləmişdi. 

Netanyahu qeyd edib ki, müsəlman əhalisinin olduğu bir sıra Avropa şəhərlərində azan səsinə olan məhdudiyyət qanunu qüvvədədir.