» » Rusiyalı deputatlar iclasda iştirak etmədiklərinə görə cərimə ediləcəklər

Rusiyalı deputatlar iclasda iştirak etmədiklərinə görə cərimə ediləcəklər

Rusiyalı deputatlar iclasda iştirak etmədiklərinə görə cərimə ediləcəklər

Rusiyanın Dövlət Duması üzürlü səbəb olmadan plenar iclaslarda iştirak etməyən deputatlar üçün cərimələrin təyin edilməsi üzrə reqalmentə düzəlişləri qəbul edib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb. 

Qeyd edilir ki, buraxılan hər iclasa görə cərimə, deputatın aylıq məvacibinin altıda birini təşkil edən məbləğə bərabər olacaq. 

“Bizim altı plenar iclasımız var. Əgər üzürlü səbəb olmadan onlardan biri buraxılarsa cərimənin məbləği məvacibin altıda birini təşkil edəcək. Əgər iki iclas buraxılarsa müvafiq olaraq daha çox məbləğ tutulacaq”, - Dövlət Dumasının sədrinin müavini Sergey Neverov bildirib. 

Dəyişikliklər qərar qəbul olunduğu gündən etibarən qüvvəyə minəcək. 

Daha öncə Dövlət Dumasında iclaslarda iştirak etməmək üçün üzrlü sayılan səbəblərin siyahısı dərc edilmişdi.