» » KİV: OPEK prezidenti Londonda həbs edilib

KİV: OPEK prezidenti Londonda həbs edilib

KİV: OPEK prezidenti Londonda həbs edilib

O rüşvət və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Londonda Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) hazırki prezidenti Dizani Elison-Madueke həbs edilib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə International Business Times Nigeriyanın Premium Times qəzetinə istinadən xəbər verib.

Məlumata əsasən, OPEK prezidentindən əlavə 4 nəfər də həbs edilib. Nəşrin Milli Cinayət agentliyinə istinadən verdiyi məlumata əsasən, saxlanılanların hamısı rüşvət və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Britaniya hüquq-mühafizə orqanları faktı təsdiqləməyib.

Qeyd edək ki, Elison-Madueke əvvəllər Nigeriyanın neft naziri vəzifəsində çalışıb.