» » Argentina qunduzlara müharibə elan edir

Argentina qunduzlara müharibə elan edir

Argentina qunduzlara müharibə elan edir

Argentina höküməti Odlu Torpaq vilayətində meşələrə ziyan vuran 100 min qunduzu öldürmək niyyətindədir.

Ucarliyiq.biz-ın Lenta.ru-ya istinadən məlumatına görə, bu barədə çərşənbə axşamı, noyabrın 15-də, Seeker nəşri xəbər yayıb.

10-15 il müddətinə hesablanan plana əsasən, qunduzları ovladıqdan sonra başlarına zərbə vurmaqla öldürəcəklər. Heyvanların hücumlarından əziyyət çəkən qonşu Çili də bu başlanğıcı dəstəkləyəcəyini bəyan edib. Bundan əlavə qunduzların məhv edilməsini BMT və təbiət müdafiəçiləri də dəstəkləyiblər. 

Qeyd edək ki, qunduzlar Argentinaya 70 ilə əvvəl Kanadadan gətirilib. Ehtimal olunurdu ki, onlar qiymətli heyvanlar olacaqlar. Lakin həddindən artıq çoxalan qunduzlar meşələri məhv etməyə başlayıblar. Bənd tikmək üçün ağacları qıran hevanlar minlərlə hektar ərazini viran qoyublar.

Məşhur argentinalı təbiətşünas Kladui Bertonatti Odlu Torpaqda baş verənləri İkinci Dünya müharibəsi zamanı Polşada meşələrin məhv edilməsi ilə müqayisə edib: “Burada nə baş verir? Qunduzlar, burada bax bu baş verir”, - o deyib. 

Argentina hökümətinin qiymətləndirməsinə əsasən, qunduzlara görə Buenos-Ayresin ərazisindən iki dəfə çox ərazi viran olub.