» » İvanka Trampın qolbağısı qalmaqala səbəb oldu

İvanka Trampın qolbağısı qalmaqala səbəb oldu

İvanka Trampın qolbağısı qalmaqala səbəb oldu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvankanın “CBS” kanalında “60 Minutes” verilişində çıxışı efirdə yayımlandıqdan sonra tənqidlərə səbəb olub. Efirin qonaqları Donald Tramp, onun həyat yoldaşı Melaniya və İvanka da daxil olmaqla prezidentin uşaqları olub. 

Ucarliyiq.biz xəbər verir ki, verilişdən sonra İvanka Trampın şirkətinin marketinq şöbəsinin əməkdaşı reklam məqsədli press-reliz yayaraq bildirib ki, prezidentin qızı “60 Minutes” proqramının studiyasında ona məxsus “Metropolis” zinət əşyaları kolleksiyasından olan qolbaqla çıxıb. 

Bu bəyanat isə qalmaqala səbəb olub. Belə ki, siyasətçinin qızı atasının mövqeyindən yararlanaraq öz biznesininin tanıtımı ilə məşğul olmaqda günahlandırılır.

Qadın geyimləri, ayaqqabıları və zinət əşyalarının buraxılışı ilə məşğul olan şirkət nümayəndələri məktubun marketinq şöbəsinin işçisi tərəfindən ənənəvi iş məktubu kimi göndərildiyini bildiriblər. Amma onlar yeni vəziyyəti nəzərə alaraq strategiyalarını yenidən nəzərdən keçirməli olacaqlarını da əlavə ediblər. 

İvanka Trampın qolbağısı qalmaqala səbəb oldu

İvanka Trampın qolbağısı qalmaqala səbəb oldu