» » FES rəhbəri: Yaxın gələcəkdə uçot dərəcəsi artırıla bilər

FES rəhbəri: Yaxın gələcəkdə uçot dərəcəsi artırıla bilər

FES rəhbəri: Yaxın gələcəkdə uçot dərəcəsi artırıla bilər

Əlverişli makroiqtisadi göstəricilərə dair məlumat gəlsə, uçot dərəcəsi yaxın gələcəkdə arıtırıla bilər.

Ucarliyiq.biz-ın Bloomberg-ə istinadən məlumatına görə, bu sözləri  ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Canet Yellen ABŞ Konqresinin Birləşmiş İqtisadi Komitəsində çıxışı zamanı deyib.

Bildirilir ki, bu Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəlməsindən sonra Yellenin uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı ilk şərhi idi. 

Yellen qeyd edib ki, ötən həftəki görüşdə FES-in açıq bazarında əməliyyatlar üzrə Federal komitet uçot dərəcəsinin artırılmasının zəruriliyini vurğulayıb.

O əlavə edib ki, bir sıra indikatorlar, o cümlədən məşğulluğun və inflyasiyanın  səviyyəsi hədəflənən səviyyəyə çatmaqdadır.

“Uçot dərəcəsinin artımına səbəb olacaq amillər artıq xeyli güclənib”, - deyə C. Yellen bildirib.