» » Obama Putin ilə müharibəyə hazırlaşmır

Obama Putin ilə müharibəyə hazırlaşmır

Obama Putin ilə müharibəyə hazırlaşmır

ABŞ Rusiyanın “uğurlu” olmasını istəyir.

ABŞ prezidenti Barak Obama bəyan edib ki, ABŞ və Rusiya arasında qarşıdurma yoxdur, Reuters bildirib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ rəhbəri mətbuat konfransı zamanı bildirib.

“Söhbət Birləşmiş Ştatların və Rusiya arasındakı qarşıdurmadan getmir”, - o deyib və əlavə edib ki, ABŞ Rusiyanın “uğurlu” olmasını istəyir.

Onun sözlərinə görə, Amerika hakimiyyəti Suriya münaqişəsini Rusiya-Amerika “müharibəsinə” çevirmək istəmir.

“Bu, fövqəl dövlətlər arasında şahmat çempionatı deyil”, - Obama vurğulayıb.

Barak Obama həmçinin bəyan edib ki, İran və Rusiya ilə koalisiya tərəfdaşları ilə Suriyada siyasi transformasiya üçün çalışmağa hazırdır.