» » Obama və Aİ liderləri Rusiyaya qarşı sanksiyaları qüvvədə saxladılar

Obama və Aİ liderləri Rusiyaya qarşı sanksiyaları qüvvədə saxladılar

Obama və Aİ liderləri Rusiyaya qarşı sanksiyaları qüvvədə saxladılar

ABŞ prezidenti Barak Obama və Aİ liderləri Berlində keçirilən görüş zamanı Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasına dair razılığa gəliblər.

Ucarliyiq.biz-ın Ağ Evin saytına istinadən xəbərinə görə, bu barədə ABŞ dövlət başçısı Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında bəyan edib.

Obamanın sözlərinə əsasən, Rusiyanın Minsk danışıqları üzrə öhdəliklərini yerinə yetirməyənə qədər rəsmi Moskvaya qarşı sanksiyalar qüvvədə qalacaq.

Görüşdə Amerika lideri və Almaniya kanslerindən əlavə Fransa prezidenti Fransua Olland, Böyük Britaniyanın baş naziri Tereza Mey, İtaliya və İspaniya liderləri Matteo Renzi və Mariano Rahoy da iştirak ediblər.