» » Azərbaycan vətəndaşı Rusiyada yas yerində öldürüldü

Azərbaycan vətəndaşı Rusiyada yas yerində öldürüldü

Azərbaycan vətəndaşı Rusiyada yas yerində öldürüldü

Novqorod vilayətinin Pestovski rayonunda Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs həbs edilib. Daha əvvəl xəbər verdiyimiz kimi, onu Ponomaryovo kəndində bıçaqla vurublar. O, sükan arxasına keçib maşınla özünü şəhərdəki xəstəxanaya çatdırıb yardıma çağırsa da həkimlər gələnədək keçinib.

Ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarında mənbə yerli jurnalistlərə danışıb ki, kəndin dəfələrlə mühakimə edilən 40 yaşlı sakini yas mərasimində ehsan verirmiş. Əvvəlcədən spirtli içki də sifariş edibmiş. Amma sonra onun həmin spirtli işkini gətirən Azərbaycan vətəndaşı ilə qiymətə görə mübahisəsi düşüb...

Şübhəli şəxsi ertəsi gün saxlayıblar. Rusiya Federasiyası İstintaq Komitəsinin Novqorod vilayəti üzrə bölməsindən bildiriblər ki, qatil törətdiyi cinayəti qismən etiraf etsə də, əvvəlcədən onu öldürmək fikrinin olmadığını deyib.