» » Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər

Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər

Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər

Üç əməkdaş ölüb, 30-dan çox adam itkin düşüb.

Kunduzda yerləşən “Sərhədsiz həkimlər” qeyri-hökumət təşkilatının xəstəxanası aviahücumdan zərər çəkib.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, üç əməkdaş həlak olub, 30-dan çox adam isə itkin düşüb.  

Binada həmin an 105 xəstə və onların himayədarları, eləcə də 80-dən çox tibb işçisi olub.

“Biz hücumdan, əməkdaşlarımızın və xəstələrimizin qətlindən Kunduzda səhiyyənin çiyinlərinə düşən ağır yükdən çox sarsılmışıq”, - humanitar təşkilatın direktoru Bart Yanssens deyib.

NATO-nun Əfqanıstandakı nümayəndəsinin ehtimalına görə, hospitala ziyan ABŞ HHQ-nin (Hərbi hava qüvvələri) zərbələri nəticəsində vurula bilərdi. O izah edib ki, Amerika aviasiyası şənbə günü səhər məhz bu rayonu bombardman edib.

“Zərbə yaxınlıqda yerləşən tibbi müəssisəyə ziyan vura bilərdi. Bu hadisə araşdırılır”, - Reuters hərbçinin sözlərindən sitat gətirib.

“Sərhədsiz həkimlər” dörd xəstəxanada: Kabul və şərqdə qonşu olan Hostda, şimalda Kunduzda və ölkənin şimalında yerləşən Laşqarqahda yardım göstərirlər. 2014-cü ildə onlar 8 minə yaxın əməliyyat və 300 mindən çox konsultasiya keçiriblər, 40 min doğuş qəbul ediblər.