» » Papa yeni kardinallar təyin etdi: Onlardan 4-nün yaşı 80-dən çoxdu

Papa yeni kardinallar təyin etdi: Onlardan 4-nün yaşı 80-dən çoxdu

Papa yeni kardinallar təyin etdi: Onlardan 4-nün yaşı 80-dən çoxdu

Roma Papası Fransisik yeni 17 kardinal təyin edib.

Ucarliyiq.biz-ın məlumatına görə, “Report” BBC-yə istinadən xəbər verir ki, onların 13-nün yaşı 80-dən az, 4-ü isə çoxdur.

Bu isə onların növbəti Papa seçkisində iştirak edə bilməsi deməkdir. Yeni kardinallar 5 qitənin 11 dövlətində Vatikanı təmsil edəcəklər.

Məlumatda bildirilib ki, Papa ABŞ-da üç yepiskopu kardinal təyin edib. Onlar Roma katolik kilsəsində islahat tərəfdarıdırlar. Müşahidəçilərin fikrincə, yeni təyinatlar ABŞ-ın mühafizəkar kardinalları arasında tarazlığa şərait yaradacaq.

Kardinallar kollegiyası Papanın yanında məşvərətçi orqan olmaqla yanaşı, yeni Papanı seçir. Nəzəri cəhətdən istənilən kardinal Roma-katolik kilsəsinə başçılıq edə bilər.