» » Braziliya prezidenti qənaət etmək qərarına gəlib

Braziliya prezidenti qənaət etmək qərarına gəlib

Braziliya prezidenti qənaət etmək qərarına gəlib

Maaşların kəsilməsi ölkə nazirlərinə də şamil ediləcək.

Braziliya prezidenti Dilma Rousseff cümə günü ölkədə ciddi problemlər fonunda öz maaşının 10% ixtisar edilməsini bəyan edib.

ucarliyiq.biz xəbər verir ki, maaşların ixtisarı vitse-prezident Mişel Temer və ciddi “təmizləmədən” sonra vəzifədə qalan digər nazirlərə də şamil ediləcək.  

Daha öncə Rousseff 8 nazirliyin bağlanılması və islahatlar çərçivəsində bəzi nazir postlarının birləşdirilməsini elan etmişdi, məqsəd dövlət xərclərinin azaldılmasıdır.

Bu yaxınlarda Standard&Poor's (S&P) reytinq agentliyi Braziliyanın müstəqil kredit reytinqini “zibil” səviyyəsinə qədər azaldaraq, prezident Rousseffin artan borc və siyasi qeyri-sabitlik ilə mübarizəsini vurğulayıb. 

Braziliyada maliyyə vəziyyətinin mürəkkəb olmasının səbəbi, parlamentin hakimiyyət tərəfindən təqdim edilən sərt tədbirlər paketini qəbul etmək arzusunun olmaması ilə əlaqədardır.