» » Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdən imtina etdi

Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdən imtina etdi

Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdən imtina etdi

ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimindən sonra ənənəyə uyğun olaraq Ağ Evə köçməlidir.

Ucarliyiq.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, yeni prezidentin həyat yoldaşı Melaniya Tramp və oğlu Berron isə onu bu səfərdə müşayiət etməyəcək.

Belə ki, onlar inauqurasiyadan sonra da Nyu-Yorkdakı villasında qalmağı planlaşdırırlar.

ABŞ-ın birinci xanımının bu qərarı 10 yaşlı oğlunu depressiyaya salmaq və onun rahatlığını pozmaq istəmədiyinə görə verdiyi bildirilir.

Bundan əlavə, Donald Trampın ailəsinin təhlükəsizliyi üçün mühafizəçilərin sayını əvvəlkindən də bir neçə dəfə çox artıracağı iddia olunur.